AZ

1993-cü ildə itkin düşən şəhid Vaqif Əliyev dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Vaqif Əliyev Gəncədə dəfn edilib, qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilib.

Şəhidin cənazəsi Gəncədəki Şəhidlər Xiyabanında yenidən torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əliyev Vaqif Sərdar oğlu 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 1993-cü il sentyabrın 29-da itkin düşüb.

Seçilən
93
16
anspress.com

10Mənbələr