
Bakı, 26 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında meydan sahibləri azlıqda qalıb.
AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün 7-ci dəqiqəsində London təmsilçisinin üzvü Draquş Olavio Juninyoya qarşı etdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
23:35
UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçı start götürüb.
AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən görüş tıxaca görə saat 23:35-də başlayıb.
Matçı Fransadan olan baş hakim Villi Delajo idarə edir.