Suriyanın şimalında – “Zeytun budağı” əməliyyatı bölgəsində hücum hazırlığı gördüyünü müəyyən edilən PKK-nın dörd terrorçusu zərərsizləşdirilib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir. “Zeytun budağı” bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən 4 PKK/YPG terrorçusu xain məqsədlərinə çatmamış zərərsizləşdirilib”, – müdafiə qurumunun mətbuat xidməti diqqətə çatdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta