Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib.Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.“112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta