AZ

Premyer Liqa: "Şamaxı" "Səbail"ə uduzdu

Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.

Sportnet.az-ın məlumatına görə, IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qarşılaşmada ilk qolu qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapsısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsinsə xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.


Seçilən
60
13
sportnet.az

10Mənbələr