AZ

Premyer Liqa: “Səbail” uğursuz gedişata son qoydu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun ikinci oyun gününə “Səbail” – “Şamaxı” matçı ilə start verilib.

Ardıcıl dörd oyundur uduzan “dənizçilər” nəhayət bu oyunda dönüş yaratmaq arzusundaydılar. Bu mövsüm cəmi 1 qələbəsi və 1 heç-heçəsi olan Şahin Diniyevin komandası 4 xalla 9-cu pillədə qərarlaşmışdı.

Yenidən elitaya qayıtmış “Şamaxı”nın işləri isə pis getmirdi. Əyalət təmsilçisi əvvəlki oyunlarında cəmi 1 məğlubiyyət almışdı. Ayxan Abbasovun komandası 12 xalla 6-cı sıradaydı.

Bu oyunda isə qələbəni “Səbail” bayram edib. Beləcə, Diniyevin komandası uğursuz gedişata son qoyub.

Premyer Liqa
9-cu tur

5 oktyabr

“Səbail” – “Şamaxı” 2:0
Qollar: Qorka Larruçea, 27. Madi Keta, 68.
Qırmızı vərəqə: Brahim Konate, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Bayıl Arena”, 17:00.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Larruçea, 44. Amir Bilali (k), 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
66
1
arena.az

5Mənbələr