AZ

Millimiz Estoniyaya yollandı

UEFA Millətlər Liqasında Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

AFFA-dan Sportnet.az-a verilən məlumata görə, yığmanı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Seçilən
14
18
sportnet.az

10Mənbələr