AZ

Beynəlxalq Müəllimlər Günündə bir qrup pedaqoq təltif olunub – FOTOLAR

Beynəlxalq Müəllimlər Günündə bir qrup pedaqoq təltif olunub – FOTOLAR

“Ege Group” Xaricdə Təhsil və Karyera Mərkəzi və “Türk Edu” Türkiyədə Təhsil və Təlim Mərkəzi bir qrup fəal müəllimlə bir araya gələrək Beynəlxalq Müəllimlər Gününü qeyd edib. Tədbirdə “EGE Group”un direktoru Mikayıl Mirzəzadə, “Türk Edu”nun direktoru və təhsil eksperti Türanə Zeynalova və “EGE Group”un xaricdə təhsil üzrə baş mütəxəssisi Əkrəm Nəzərov çıxış edərək müəllimlərin cəmiyyətin inkişafındakı rolundan bəhs ediblər.Mikayıl Mirzəzadə pedaqoqlarımızın yeni nəslin formalaşmasına müstəsna əhəmiyyətini qeyd edərək, onları gələcəyin liderlərini yetişdirən qəhrəmanlar adlandırdı və müəllimlərin əməyinin heç zaman unudulmayacağını söyləydi.Türanə Zeynalova isə, cəmiyyətin formalaşmasında misilsiz rolunu önə çəkdi: “Təhsil yalnız bilik vermək deyil, eyni zamanda insanları formalaşdırmaqdır. Müəllimlər bu missiyanın daşıyıcılarıdır”.Əkrəm Nəzərov isə çıxışında xaricdə təhsil imkanları və müəllimlərin bu prosesdəki vacib rolunu vurğuladı. O, müəllimlərin şagirdlərin inkişafında və onların qlobal dünyaya inteqrasiyasında necə təsirli olduğunu qeyd etdi. Tədbirdə, müxtəlif sahələrdə fəaliyyət göstərən müəllimlər iştirak edirdi.Tədbir zamanı bir qrup müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olundular. Təltif olunan müəllimlər öz fikirlərini paylaşaraq, bu cür təşəbbüslərin onların motivasiyasını artırdığını bildirdilər.Təltif olunan müəllimlər:1. Şəhla Musayeva2. Tahirə Orucova3. Kəklik Həsənova4. Xəyalə Abbasova5. Ülviyyə Abbasova6. Zərifə Əliyeva7. Ədibə Məcidova8. Gülnarə Kazımova9. Ülviyyə Ayaz10. Gülçin Məmmədli11. Bircəxanım Aydınova12. Şəlalə Heydərova13. Ülviyyə Mütəllimzadə14. Sevda Məmmədova15. Nümunə Eynullayeva16. Aqil İslamlı17. Elşən Musayev18. Elçin RzayevTədbirin sonunda xatirə fotosu çəkildi. “EGE Group” və “Türk Edu” gələcəkdə də müəllimlərin inkişafı və təhsilin keyfiyyətinin artırılması üçün birgə layihələr həyata keçirməyə davam edəcəklərini qeyd etdilər.

Seçilən
74
4
afn.az

5Mənbələr