AZ

"Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür" - Kobaxidze

“Abxaziya və Cənubi Osetiyanın geri qaytarılmasını nəzərə alaraq ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır”.

Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür ”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
89
9
missiya.az

10Mənbələr