Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB - FOTO
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn edilib. 1news.az APA-ya istinadən xəbər verir ki, o, Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb. 12:06 Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib. Onun bu gün günorta saatlarında vəfat etdiyi vurğulanıb.