2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində sonuncu – 10-cu turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha üç qrup (B, D və İ qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
B qrupunda Cəbəllüttariq Niderlandı, Yunanıstan Fransanı qonaq edəcək.
D qrupunda Uels – Türkiyə və Xorvatiya – Ermənistan oyunları baş tutacaq.
İ qrupunda isə Andorra İsraillə, Kosovo Belarusla, Rumıniya da İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, Serbiya, İtaliya, Sloveniya və Çexiya yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında baş tutacaq pley-off oyunları ilə yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
21 noyabr
B qrupu
23:45. Cəbəllüttariq – Niderland
23:45. Yunanıstan – Fransa
Xal: Fransa – 21. Niderland – 15. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.
D qrupu
23:45. Uels – Türkiyə
23:45. Xorvatiya – Ermənistan
Xal: Türkiyə – 16. Xorvatiya – 13. Uels – 11. Ermənistan – 8. Latviya – 3.
İ qrupu
23:45. Andorra – İsrail
23:45. Kosovo – Belarus
23:45. Rumıniya – İsveçrə
Xal: Rumıniya – 19. İsveçrə – 17. İsrail – 12. Kosovo – 11. Belarus – 9. Andorra – 2.