AZ

"Benfika" diskvalifikasiya təhlükəsi ilə üz-üzə

Portuqaliyanın “Benfika” klubu 3 il müddətinə bütün idman yarışlarından kənarlaşdırıla bilər.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya və vergidən yayınmada ittiham olunur.

İddia təsdiqini taparsa, məşhur klubu 6 aydan 3 ilədək diskvalifikasiya cəzası gözləyir.

Qeyd edək ki, “Benfika”da Türkiyə millisinin iki futbolçusu – Orkun Kökçü və Kərəm Aktürkoğlu çıxış edir.


Seçilən
15
8
sportnet.az

9Mənbələr