AZ

Təcili yardım xidməti ödənişli olacaq? - Açıqlama

“Azərbaycanda təcili yardım xidməti ödənişli əsaslarla göstərilmir”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə də əhaliyə dövlət tərəfindən göstərilən təcili tibbi yardımın ödənişli olması düşünülmür:

“Bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.

Seçilən
55
11
sabah.az

10Mənbələr