AZ

"Sabah"ın avrokubok oyununa təyinatlar açıqlandı

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Sportnet.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.

Qeyd edək ki, görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00 və 18:00-da başlayacaq.

23 oktyabr

21:00. “Bazel” – “Sabah”

Baş hakim: Patrik Kolarits

Baş hakimin köməkçiləri: Luka Payiç, İvan Startsevits (hamısı Xorvatiya)

Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə)

"St. Yakob-Park" stadionu.

6 noyabr,

18:00.“Sabah” – “Bazel”

Baş hakim: Rüstam Ömərov

Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov (hamısı Qazaxıstan)

"ASCO Arena".


Seçilən
62
12
sportnet.az

10Mənbələr