AZ

Elmar Baxşıyev: "Bəzi epizodlarda boşluqlar veririk"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının X turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Billirdik ki, ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komandam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?

- Dinamika yaxşı idi. Hər iki komanda həm əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumi hakimlik normal idi.

- Komandanızın müdafiədəki oyunundan razısınız?

- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır

- Sezar Meza Kolli komandaya xeyir verəcək?

- Bəli, bizə xeyri dəyəcək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə, belə alındı.


Seçilən
28
6
sportnet.az

8Mənbələr