AZ

AFFA-dan premyer-liqa klublarına cəza və cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Səbail” oyununun 81-ci dəqiqəsində “Neftçi”nin 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Bakı klubu isə 1000 manat cərimə edilib. Eyni oyunun fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib.

“Zirə” – “Sabah” oyununun 45+4-cü dəqiqəsində “Sabah” klubunun köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Sabah” 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Turan Tovuz”un meydançaya gec çıxdığına görə gec başladığı üçünklubu 1500 manat cərimələnib.

Seçilən
67
6
football-plus.az

10Mənbələr