AZ

Dünya birinciliyi: Azərbaycanın iki boksçusu mərhələ adlayıb

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında dünya birinciliyində növbəti mərhələyə yüksəlib.

Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, mundialın üçüncü günündə Zidan Hümbətov (51 kiloqram) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb. O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Z.Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.

Əli Abdullayev (63,5 kiloqram) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Seçilən
67
8
yeniazerbaycan.com

9Mənbələr