“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) məhkəməyə çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, qaçaqmalçılıqda ittiham olunan təqsirləndirilənlər barəsində qətimkan tədbiri seçiləcək.
Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
***
Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
10Mənbələr
-
bizimyol.info“AbzasMedia” ilə bağlı cinayət işi üzrə daha bir nəfər haqqında həbs qərarı verildi ( 1319215)
-
konkret.azNovella Cəfəroğlu: “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin işi ilə bağlı DTX məşğul olmalıdır” ( 1263499)
-
pravda.azNovella Cəfəroğlu: “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin işi bağlı DTX məşğul olmalıdır, araşdırsın ki, nə qaçaqmalçılıq edirlər...” ( 1260700)
-
news24.azMəhəmməd Kekalov "Abzas Media"nın işi ilə bağlı HƏBS EDİLDİ ( 1255996)
-
afn.azMəhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi ( 1243417)
-
buta.mediaMəhkəmə Ülvi Həsənli və Sevinc Abbasova ilə bağlı qərar verdi ( 1242118)
-
tribunainfo.azMəhkəmə Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı qərar verdi ( 1241365)
-
oxu24.comAzərbaycanda sayt rəhbəri həbs edildi ( 1241389)
-
oxu.azMəhkəmə Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı qərar verdi ( 1241224)
-
demokrat.azMəhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi ( 1240828)