AZ

Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin Avropa çempionatının I seçmə mərhələsində Serbiya və Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, U-17-nin Serbiya yığması ilə görüşünü uelsli, ev sahibi Lüksemburq seçməsi ilə matçını isə gürcüstanlı baş hakim idarə edəcək.

Serbiya ilə oyunda Şarlot Karpenterə Mişel Ceyn Portelli və gürcüstanlı Sopo Tsulaya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mzevinari Şaraşanidze (Gürcüstan) yerinə yetirəcək.

Gürcüstan millisi ilə qarşılaşmada isə baş hakim Mzevinari Şaraşanidze olacaq. Ona həmyerlisi Sopo Tsulaya və yunanıstanlı Mariya Detsi kömək edəcəklər. Dördüncü hakim Eyrini Pinqyu (Yunanıstan) olacaq.

Serbiya ilə oyun oktyabrın 30-da, Bakı vaxtı ilə 21:00-da, Lüksemburqla matç isə noyabrın 2-də, 19:00-da başlayacaq.

Azərbaycan Kuboku: Bu gün daha 4 matç keçiriləcək

Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB

De Bleker bu dəfə təəccübləndirdi: "Penalti qərarı yanlışdır"

“Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Seçilən
69
1
apasport.az

6Mənbələr