Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralanan “Rossiya 24” telekanalının jurnalisti Boris Maksudov dünyasını dəyişib. Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Faciəli xəbər indicə gəldi: həmkarımız Boris Maksudov aldığı xəsarətlərdən öldü, uşaqlar onun həyatı üçün mübarizə apardılar, dünən ağır yaralanmışdı”, – deyə KİV-lərdən biri qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da jurnalistin vəfatı ilə bağlı başsağlığı verib. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta