Qarşıdakı iki transfer pəncərəsində 13 futbolçu “Mançester Yunayted”i tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq komandanın yenidən qurulması prosesini və islahatları davam etdirmək niyyətindədir. Müxtəlif səbəblərdən Ceydon Sanço, Meyson Qrinvud, Donni van de Bek və Entoni Martialın satılacağı dəqiqləşib.
Ten Haq 2022-ci ilin iyulundan Mançester təmsilçisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm 75 xalla İngiltərə Premyer Liqasında 3-cü yeri tutub. Bu mövsüm isə "Yunayted" 12 matçdan sonra 21 xalla 6-cıdır.