AZ

MİT-dən əməliyyat: İnterpolun axtardığı terrorçu məhv edildi – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Rumeylan bölgəsində keçirdiyi əməliyyat zamanı “Xayri Serhat” kod adı ilə terrorçu Fəxrəddin Tolunu zərərsizləşdirib.Gununsesi.info xəbər verir ki, təhlükəsizlik güclərindəki mənbələrin bildirdiyinə görə, terrorçu YPG terror təşkilatına (PKK-nın Suriya qanadı) ağır silahların verilməsindən məsul olub və İnterpolun “qırmızı bülleteni” ilə axtarışa verilib. Qeyd olunur ki, terrorçu 1992-ci ildən Suriya, İran və İraqdakı terror təşkilatını ağır silahlarla təmin edib.Terrorçu İğdır və Ərzurumun ağır cinayət məhkəmələrində baxılan terror təşkilatına qoşulma işlərinin materiallarında da yer alır. Tolun Türkiyə kəşfiyyatının Suriyanın şimalındakı Rumeylan bölgəsində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.Gununsesi.info

Seçilən
81
26
gununsesi.info

10Mənbələr