AZ

ADPU - nun tələbəsi yol qəzasında ÖLDÜ   

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi avtomabil qəzasında dünyasını dəyişib. 
 
 
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, Tarix və coğrafiya fakültəsində, Tarix müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Əzizə Qalib qızı Əsgərova baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
 
 
Tələbəyə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Seçilən
544
39
azedu.az

10Mənbələr