AZ

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Cari il avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlüGünel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğundabaşlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Salyan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,istintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarındayaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncununbacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ovbıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.

Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusiamansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraqsoyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elanedilərək cinayət işi baxılması üçün Lənkəran Ağır CinayətlərMəhkəməsinə göndərilib.

Seçilən
158
8
az.trend.az

8Mənbələr