AZ

Xaçmazda növbəti bələdiyyə sədri məsuliyyətə cəlb edilib - Vətən Naminə

">

VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan VETENNAMİNE.AZ -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qaraqurtlu kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Günay Atayeva                                        

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
457
49
vetennamine.az

10Mənbələr