AZ

"Neftçi"nin futbolçusu: "Bunun davamını gətirəcəyik"

style='margin-bottom:10px;'>

"Neftçi"nin futbolçusu Ervin Koffi klubun televiziyasına açıqlama verib.

QOL.az xəbər verir ki, o, Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri matç haqqında danışıb. 28 yaşlı müdafiəçi azarkeşlərə səslənib:

"Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında "Zenit"ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik. 

Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar".

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" görüşü saat 15:30-da başlayacaq.

Seçilən
699
17
teleqraf.com

10Mənbələr