AZ

Çin Myanma ilə sərhəddə hərbi təlimlərə başladı

Çin Myanma ilə sərhəddə hərbi təlimlərə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Təlimin məqsədi ordunun hazırlığını, sərhədləri qorumaq və hücum əməliyyatları aparmaq bacarığını yoxlamaqdır. Təlimlərin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 24-də Muza şəhəri yaxınlığında qiyamçılar Çindən Myanmaya məhsul aparan yük maşınlarından ibarət karvana hücum edib. Bu hücum Çin səfirinin sərhəddəki vəziyyətlə bağlı Myanmanın paytaxtında yüksək səviyyəli rəsmilərlə görüşü zamanı baş verib.
Seçilən
716
6
bakupost.az

10Mənbələr