AZ

Saakaşvilinin partiyasının sabiq sədri istefa verdi - Daha üzv deyil

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Nika Melia artıq partiyanın üzvü deyil.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partiyanın eks-sədri özü istefa barədə qərar qəbul edib.

 

Bunu hazırkı sədri Levan Xabeişvili açıqlayıb: "Haqqında danışdığımız şəxs özü partiyanın üzvü olmamaq qərarına gəlib. O, artıq təşkilatı təmsil etmir və partiya adından danışa bilməz".

 

Partiyada qarşıdurma sonuncu sədr seçkilərindən sonra başlayıb. Xabeişvili Melianı Saakaşvilinin azadlığı uğrunda mübarizədə passivlikdə ittiham edib, Melia isə Xabeişvilini eks-prezident dövründən məmurların əlindəki oyuncaq adlandırıb.

Seçilən
432
18
modern.az

10Mənbələr