Bakı. Trend:
Cari il avqustun 16-da Daşkəsən rayon Güneykənd kənd sakini1969-cu il təvəllüdlü Məmməd Əmrahovun öldürülməsi faktı ilə bağlırayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaqtamamlanıb.
Daşkəsən rayon prokurorluğundan Trend-ə məlumata görə,istintaqla 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlərzəminində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesabedilən xəncərlə həmkəndlisi Məmməd Əmrahova xəsarətlər yetirərəkqəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elnur Quluyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə)və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə)maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarıilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.