Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Demokrat.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
10Mənbələr
-
azertag.azAzərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa dair Protokol imzalanıb - YENİLƏNİB VİDEO ( 1414946)
-
cebheinfo.azNazirlərin üçtərəfli Bakı görüşü yekunlaşdı - Protokol imzalandı ( 1414148)
-
vetennamine.azBakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib - Vətən Naminə ( 1413821)
-
demokrat.azAzərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olub, protokol imzalanıb ( 1413752)
-
oxu.azNazirlərin üçtərəfli Bakı görüşü yekunlaşdı - Protokol imzalandı ( 1413647)
-
yenicag.azBakıda müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi ( 1413380)
-
xezerxeber.azAzərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olub, protokol imzalanıbFOTO ( 1413308)
-
azertag.azAzərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa dair Protokol imzalanıb - YENİLƏNİB ( 1413290)
-
aznews.azBakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib ( 1413122)
-
azpost.infoAzərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olub - Protokol imzalanıb ( 1413077)