Prezidentin Ehtiyat Fondu — Büdcə dəyişmədi...
2025-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait nəzərdə tutulub.
Demokrat.az-ın məlumatına görə, bu, dekabrın 27-də dövlət başçısnın fərmanı ilə təsdiqlənmiş "2025-ci il dövlət büdcəsi haqqında" qanunda əksini tapıb.
Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsindən də Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait ayrılmışdı.