AZ

Milli Məclis əsgərliklə bağlı son yaş həddinin 30-a endirilməsini üçüncü oxunuşda təsdiqlədi

Bakı. Trend:

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılıb.

Trend xəbərverir ki, dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə sonyaş həddi aşağı endirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbixidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidməthərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri sonyaş həddi 35-dən 30-a endirilir.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbiqeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmətkeçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinslivətəndaşları olacaq.

Eyni zamanda ehtiyata keçirilən şəxslərin hərbikomissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddiazaldılır.

Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbikomissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbimüayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmətkeçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqdaçağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasınınmüvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) vəonlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətəçağırılırlar.

Həmçinin Azərbaycanda təhsili davam etdirmək üçün hərbixidmətdən möhlət verilməsi müddətləri dəyişir.

Dəyişikliklərdən bir də dinc dövrdə Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddiazalması ilə bağlıdır.

Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” AzərbaycanRespublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdəAzərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularıaşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbixidmət hərbi qulluqçuları — 36,5. Dəyişikliyə əsasən isə yaş həddi31,5-ə endirilir.

Əsasnaməyə digər dəyişikliklər də edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Seçilən
107
26
az.trend.az

10Mənbələr