AZ

Hərbi qulluqçular arasında bilik yarışması keçirilib (VİDEO)

Bakı. Trend:

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət MərkəzindəAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadanolmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilikyarışması keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə Ulu ÖndərHeydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyəti,ordu quruculuğuna verdiyi töhfələr barədə geniş məlumat veriblər.Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamıilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması UluÖndərə olan ümumxalq sevgisinin təcəssümü, böyük ehtiramıngöstəricisidir.

Plana uyğun olaraq üç turdan ibarət bilik yarışmasına HeydərƏliyev adına Hərbi İnstitutun və Cəmşid Naxçıvanski adına HərbiLiseyin kursantlarından, eləcə də Bakı Qarnizonunun hərbiqulluqçularından ibarət doqquz komanda qatılıb.

Bilik yarışmasının keçirilməsində əsas məqsəd şəxsi heyətinintellektual səviyyəsinin inkişaf etdirilməsi, dünyagörüşününartırılması, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi,həmçinin asudə vaxtının səmərəli təşkilidir.

Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada Hərbi DənizQüvvələrinin matrosları 1-ci, Heydər Əliyev adına Hərbi İnstitutunkursantları 2-ci, “N” hərbi hissəsinin əsgərləri isə 3-cü yerəlayiq görülüblər.

Sonda qalib komandalara mükafatlar təqdim edilib.

Seçilən
187
8
az.trend.az

6Mənbələr