AZ

Teymur Kərimova 8 il iş verildi


Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyərək onlara bəraət verilməsini xahiş ediblər.
Məhkəmə müşavirəsi əsasında hökm oxunub. Hökmə əsasən Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyularaq 8 il müddətində azadlıqdan məhrum edilib.
Onunla birgə ittiham olunan İstək Totiyeva isə 2 il müddətində sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı Teymur Kərimovun 9 il İstək Totiyevanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Seçilən
203
19
yeniavaz.com

10Mənbələr