Azərbaycandan qaçaraq Fransaya sığınan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxıb.
Bildirək ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvad ikili vətəndaşlıq alıb. Hal hazırda orada məskunlaşır və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub.
Paytaxt.org-a daxil olan iddialara görə, Elşad Abdullayevin oğlu ilə ermənilərlə sıx əməkdaşlıq etdiyini sübut edən fakt daxil olub.
Göndərilən materiallardan aydın olur ki, Elşən Abdullayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. MÜqaviləyə əsasən erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib. Müqavilə şərtlərinə əsasən Sarkisyanın qızı bu pulu istənilən məqsədlər üçün xərcləyəcəyi mümükün hesab edilir.
Paytaxt.org-un elektron ünvanına Rusiyanın Moskva şəhərində yaşayan həmreylimiz Fuad Rzayev bu hüsusda məktub ünvanlayıb.
Məktubda iddialar şok doğurduğu üçün hörmətli oxucularımıza da təqdim edirik:
Əlbəttə ki, ailənin bir üzvünün yol verdiyi qanun pozuntularına və hətta törətdiyi cinayət əməllərinə görə həmin ailənin digər üzvləri qanun qarşısında qətiyyən məsuliyyət daşımamalıdırlar. Bu ali baza prinsipi bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. Amma bir məsələdə var ki, məsələn, ailə başçısının cinayət əməllərində ailənin digər fərdləri də iştirak edirlərsə, bu zaman artıq məsuliyyətə onlar da cəlb olunmalıdırlar. Xüsusən də bu cinayət əməllərində dövlət əleyhinə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qarşı yönəlmiş elementlər aşkar olunarsa, artıq belələrinə qarşı qanunlarımızın ən sərt maddələrinin tətbiq olunması şərtdir.Əks halda biz həm gələcək nəsillər qarşısında üzərimizə böyük məsuliyyət götürmüş olarıq və eyni zamanda da torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına xəyanət etmiş olarıq.