AZ

Məleykə Abbaszadə imtahan qrafikinin paylaşılacağı tarixi AÇIQLADI

"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və ümumilikdə, imtahanların sayı artıq 50-yə yaxınlaşır".

Bizim.Media xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə qurumun rəsmi Facebook hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, DİM il ərzində hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirir və imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çox olub:

"Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq. Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub. Bu bizim həmrəyliyimizin bir göstəricisidir. Əminəm ki, 2025-ci il də hamımız üçün uğurlu olacaq və hazırda mövcud olan birlik və həmrəyliyimiz qarşıdakı illərdə də inkişafımızı təmin edəcək. Gələcək imtahan iştirakçılarına da yeni ildə zehin açıqlığı, uğurlar arzu edirəm”.

M.Abbaszadə paylaşımında bayram günlərindən sonra imtahan qrafikinin paylaşılacağını vurğulayıb:

“Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün bildirirəm ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur”.

Bizim.Media

Seçilən
146
8
bizim.media

10Mənbələr