AZ

AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırıldı


AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim edib. Daha 51 nəfərə təşəkkürnamələr alıb.


Seçilən
126
18
news24.az

10Mənbələr