AZ

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Mahmudçala

Bakı, 29 noyabr, AZƏRTAC

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Seçilən
251
2
azertag.az

10Mənbələr