AZ

“Juninyonun transferi ilə bağlı razılıq əldə olundu”

“Qarabağ” Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidindən 5 milyon avro qazanacaq.

AzPost oxu.az-a istinadən xəbər verir ki, tərəflərin razılığa gəldiyi, “Flamenqo”nun sözügedən məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilib.

Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Seçilən
117
1
azpost.info

10Mənbələr