ABŞ dövlət katibi və Almaniyanın XİN başçısı arasında telefon danışığı olub.
Parol.az xəbər verir ki, Marko Rubio və Annalena Baerbok bu telefon danışığı zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və Yaxın Şərqdə sabitliyi müzakirə ediblər.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.