AZ

Üç uşağı olanlara ŞAD XƏBƏR- Deputatdan açıqlama

Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.

Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı ‘’Ajans.az’’a açıqlamasında bildirib ki, ölkəmizdə çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi cəmiyyətin demoqrafik inkişafına müsbət təsir göstərəcək:


Seçilən
160
2
paytaxt.org

3Mənbələr