AZ

“HƏMAS razılaşmanı pozdu” — Netanyahu

“HƏMAS razılaşmanı pozdu”.

“Qafqazinfo” xarici KİV-ə istinadın xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, HƏMAS-ın daha heç bir İsrailli girovu azad etmək istəmədiyini, bunun atəşkəs şərtlərinin pozulması demək olduğunu bildirib.Ad - 00:26

Netanyahu vurğulayıb ki, HƏMAS razılaşdığı kimi bütün qadın girovları azad etməyib və İsrailə raket zərbələri endirməyə davam edib.

“Girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzzanın İsraildə yaşayanlar üçün bir daha heç vaxt təhlükə yaratmamasını təmin etmək kimi məqsədlərə çatmaqda qərarlı olduğumuzu bildiririk”, - Netayahu əlavə edib.

Xatırladaq ki, İsraillə HƏMAS arasında 7 gün davam edən atəşkəs bitib və müharibə yenidən alovlanıb.

Seçilən
489
50
demokrat.az

10Mənbələr