AZ

Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırdaayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlardaxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır.Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası iləyeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməzprinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvitərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir. Dövlət başçısıİlham Əliyevin yeni dövrün hədəflərini açıqlayarkən səsləndirdiyi“Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasındaəməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Ammaəgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud daki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısavasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi buölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu,olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimitəsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalqnüfuzumuz bir neçə dəfə artıb” çağırışı özündə əsas məqamlarıehtiva edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərintərəfdarıdır və bunu atdığı addımlarda nümayiş etdirir.

44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimidəyərləndirilmədi. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın,ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu açıqladı.Müharibənin başlandığı ilk andan Azərbaycana mənəvi və siyasidəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənənəlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinindayandığını bir daha nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonradaha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyibunun bariz nümunəsidir. Hər üç ölkə dünyaya qardaşlığın nümunəsinigöstərir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qarşılıqlı səfərlərin dinamikliyimünasibətlərimizin aydın mənzərəsini yaradır. Belə ki, PakistanınBaş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə dövlətsəfərinə gəlib. Hər bir səfər keçilən yolun təhlilini bir zərurətəçevirməklə yanaşı, münasibətlərdə yeni səhifənin başlanğıcı kimidəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziriMəhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlərkeçirdi, həmçinin Azərbaycan və Pakistan liderləri səfərinmahiyyətini, iki ölkənin münasibətlərinin dünənini və gələcəyiniözündə əks etdirən mətbuata birgə bəyanatla çıxış etdilər.Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, səfərölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Bizbeynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davamedəcəyik

Azərbaycan-Pakistan münasibətlərinin dinamikası haqqında aydıntəsəvvürə malik olmaq üçün son üç ildə iki ölkənin dövlət vəhökumət başçılarının səfərlərinə diqqət yetirmək kifayətdir.Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 2023-cü ildə ölkəmizərəsmi, Prezident İlham Əliyev ötən il Pakistana dövlət səfərietdilər.

Dövlətimizin başçısının reallaşdırdığı səfər çərçivəsində 15sənədin imzalanması münasibətlərimizin bugünkü və gələcəkinkişafında əhəmiyyətli rol oynayır. Ötən il, eyni zamanda, dövlətbaşçısı İlham Əliyevin ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlimkonfransı çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifilə görüşü oldu.

Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsinin vəbeynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsininvacibliyini vurğuladı. Həmçinin Azərbaycan-Türkiyə-Pakistanüçtərəfli əməkdaşlığının önəmi qeyd edildi. Məlumdur ki, tarixiZəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyəqardaşlığının, müttəfiqliyinin təsdiqi kimi Şuşa Bəyannaməsininardınca, Bakı Bəyannaməsi də imzalandı. Bu sənəd Bakıda bir arayagələn Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləritərəfindən imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında özsözünü deyir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifinbudəfəki səfəri çərçivəsində də münasibətlərimizin gələcəkinkişafında yol xəritəsi olacaq sənədlər imzalandı.

Vüqar Rəhimzadə bu məqamı xüsusi vurğulayıb ki,tərəfdaşlığımızın təməlini sarsılmaz dostluğumuz, Pakistan vəAzərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri,ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz təşkil edir.Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam ƏməkdaşlıqTəşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarçərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Onu da qeyd edəkki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdənbiri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərinbaşlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabadarasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb,dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləriəsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar vəqarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkıBaş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşləikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyeviniki ölkənin münasibətlərinin inkişafı istiqamətində atdığı addımlardavamlılığı ilə diqqətdədir. Reallıq budur ki, Azərbaycan-Pakistanmünasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqlaməhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimadaəsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin dahada dərinləşməsi və müxtəlif sahələr üzrə inkişafı üçün genişimkanlar yaranır. İki ölkə arasında siyasi, iqtisadi, hərbi vəmüdafiə sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinəyüksəlib. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzvqəbul olunması digər üzv dövlətlərlə yanaşı, Pakistanla da iqtisadiəlaqələrin inkişafında həmiyyətli rol oynayacaq.

D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadiəməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurumlarçərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgəlayihələrin həyata keçirilməsi, regional bazarlara çıxışimkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə buəməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadiəlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Pakistan vəAzərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçiqruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiyaimkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitinyaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər,layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycan-Pakistanıniqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmətedir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın tərəfdaş ölkələrləəlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdənbiri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistanəlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə arasındamüxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgəhərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətindəəməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənayepotensialı, xüsusilə aviasiya və müdafiə texnologiyalarısahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadrhazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. AzərbaycanOrdusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarındatəhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.Üç qardaşın-Azərbaycan, Türkiyə və Pakistanın birgə həyatakeçirdikləri hərbi təlimlər regionda sülhə, təhlükəsizliyəhədəflənir.

Millət vəkili vurğulayıb ki, iki ölkənin strateji xarakterdaşıyan münasibətləri bütün sahələrdə, o cümlədən mədəniyyət vəhumanitar sahələrdə uğurla inkişaf edir. Hər iki xalq İslamdəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıxbağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eynizamanda, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıqmünasibətlərində özünü göstərir. Son illərdə təhsil, mədəniyyət vəhumanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsilsahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasındaimzalanan memorandumlar və akademik mübadilə layihələri buəməkdaşlığı daha da dərinləşdirir.

Pakistanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində imzalanansənədlər arasında mədəni və humanitar sahələrə xüsusi önəm verilib.İki ölkənin münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərikki, iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsindəəməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişafetdirilməsi əsas strateji hədəflərdir. Enerji, kənd təsərrüfatı vəsənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər ikiölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hərbi sahədəmüdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsiləəməkdaşlıq gücləndiriləcək. Təhsil sahəsində də əlaqələrgenişlənəcək, tələbə mübadiləsi və humanitar layihələrin sayıartacaq. Bu addımlar regionda və dünyada sabitliyə töhfəverəcək.

Seçilən
198
6
az.trend.az

10Mənbələr