AZ

Maskın Kanada vətəndaşlığı ləğv oluna bilər - 150 min imza toplanıb

Bakı. Trend:

Kanadada 150 mindən çox sakin ABŞ-nin Hökumət Səmərəliliyiİdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Maskın Kanadavətəndaşlığının ləğv edilməsinə dair petisiyanı imzalayıb.

Trend xəbər verirki, bu haqda “The Guardian” yazır.

Kanadalı yazıçı Kvalia Ridin təşəbbüsü ilə başladılanpetisiyanın Kanada parlamentinin Ümumilər Palatasına təqdimolunacağı bildirilir.

Ridin fevralın 20-də başlatdığı petisiyada Kanadanınsuverenliyinə qarşı bəyanatlar vermiş ABŞ prezidenti Donald Trampın“yaxın köməkçisi” olaraq Maskın “Kanadanın milli maraqlarına ziddolan hərəkətlər etməsi” pislənilir

Xatırladaq ki, Ağ Ev rəhbəri bir müddət əvvəl Kanadaməhsullarına kəskin gömrük rüsumları tətbiq edəcəyi və lazım gəlsə,Kanadanı ABŞ-nin tərkibinə ilhaq edəcəyi ilə bağlı təhdidlərsəsləndirmişdi.

Petisiyaya əsasən, Maskın Trampa yaxınlığı avtomatik olaraq onu“Kanadanın suverenliyini silməyə cəhd edən xarici hökumətin üzvünəçevirir”.

Qeyd edək ki, Cənubi Afrikada doğulmuş, “Tesla”, “SpaceX”, “X”kimi iri şirkətlərin sahibi olan İlon Mask ABŞ vətəndaşlığı iləyanaşı, ana xətti ilə (anası Saskatçevan bölgəsindəndir) Kanadapasportuna sahibdir.

Məqalədə:
Seçilən
146
4
az.trend.az

8Mənbələr