Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib.
O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox müsbət təsirləri olacaq:
"Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq".
Maraqlıdır, bəs, bu təklif reallaşa bilərmi? Əgər reallaşarsa, birləşmə hansı rayonların kəndlərindən başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadənin fikrincə, bir sıra kəndlərin idarəetməsini daha mütəhərrik etmək baxımından bu addımlar atıla bilər:
“Təkliflə tam tanış deyiləm. Amma əgər bu, daha yaxşı idarəetməyə gətirib çıxaracaqsa, niyə də olmasın?
Öncə Azərbaycanda bələdiyyələrin birləşməsi, yenidən formalaşması prosesi baş verdi. Milli Məclisdə bununla bağlı qərar qəbul edildi. Bundan öncə 1606 bələdiyyə vardısa, son seçkilərdə 685 bələdiyyədə seçki keçirildi. Bu gün Azərbaycanda ilkin olaraq yaradılmış 2700-dən artıq bələdiyyənin əvəzinə 685 bələdiyyə fəaliyyət göstərir. Bu, əvvəlki bələdiyyələrin, eləcə də, bir neçə kənd, qəsəbə bələdiyyəsinin bir yerə birləşməsi yolu ilə formalaşıb.
Bu mənada kəndlərin birləşməsi də mümkündür. Bir sıra kəndlərin idarəetməsini daha da uğurlu etmək üçün bu addımlar atıla bilər. Amma hələlik bu məsələ gündəmdə deyil. Ola bilər, müvafiq qurumlar bununla bağlı araşdırmalar, müzakirələr aparır, bu haqda dəqiq bilgim yoxdur. Amma istənilən halda daha yaxşı idarəetməyə səbəb olacaqsa, bu məsələyə baxıla bilər”.
Deputat bildirib ki, əgər bunun effektivliyi təsdiqini taparsa, birləşdirilən ucqar kəndlər olacaq:
10Mənbələr
-
moderator.azÖlkəmizdə bu kəndlər BİRLƏŞDİRİLİR – AÇIQLAMA VERİLDİ ( 15729349)
-
sportinfo.azÖlkəmizdə bu kəndlər BİRLƏŞDİRİLİR - AÇIQLAMA VERİLDİ ( 15728309)
-
pravda.azAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR - AÇIQLAMA ( 15727375)
-
editor.azAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA ( 15727333)
-
demokrat.azAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR — AÇIQLAMA ( 15726717)
-
yenisabah.azAzərbaycanda bu kəndlər birləşdirilir - AÇIQLAMA ( 15726485)
-
titul.azAzərbaycanda bu kəndlər birləşdirilir - AÇIQLAMA ( 15725949)
-
news24.azAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA ( 15715993)
-
paytaxt.orgAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA ( 15718153)
-
ekologiya.azAzərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA ( 15718061)