AZ

Ukrayna ABŞ ilə bu razılaşmaya hazırdır - Zelenski bəyan etdi  

Ukrayna ABŞ ilə investisiya və təhlükəsizlik mövzusunda “güclü, həqiqətən faydalı” razılaşmaya hazırdır.

Parol.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra “Telegram” məlumat yayıb.

Zelenski iki partiyalı dəstəyə görə Birləşmiş Ştatlara təşəkkürünü bildirib .

Prezident əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibənin lap əvvəlindən sülh üçün səy göstərir.

O vurğulayıb ki, Kiyev Vaşinqtonla birlikdə etibarlı və uzunmüddətli sülh yarada bilər və bunu etməlidir.

Seçilən
162
1
parol.az

2Mənbələr