AZ

Trampdan sensasion açıqlama: Rusiyanı ittiham etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Federasiyası onun danışıqlar metodundan istifadə edə və Ukraynada atəşkəslə bağlı razılaşmanı gecikdirə bilər.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Newsmax”a müsahibəsində deyib.

“Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, onlar vaxt qazanmaq üçün prosesi yubadırlar”, – Amerika lideri öz fikrini bölüşüb.

Eyni zamanda Ağ Evin sahibi uzun illər müxtəlif sövdələşmələr bağlayarkən özünün də bunu etdiyini diqqətə çatdırıb. Amerika dövlətinin başçısı qeyd edib ki, Rusiya və Ukrayna bu münaqişənin bitməsini istəyir.

Seçilən
165
24
publika.az

10Mənbələr