AZ

OPEC Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi HaysamƏl-Qays Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimitəbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mənəvi yüksəliş rəmzi olan, sevinc, şükür, səxavət hissi iləqeyd olunan Ramazan bayramı ailələr, dostlar və daha geniş icmalararasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətəmalikdir.

Uca Allahdan Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik,firavanlıq və əmin-amanlıq arzulayıram.

OPEC Katibliyinin bütün kollektivi adından Sizi Ramazan bayramımünasibətilə bir daha təbrik edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".

Seçilən
201
11
az.trend.az

10Mənbələr