19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətovu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.
Paytaxt.org bildirir ki,söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
Qeyd edək ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmət göstərən publik hüquqi şəxsdir.
Amma, Agentlik üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur. Məlumdur ki oranın bir meyar var.
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir. Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var-"ekoloji terror".
Bütün bunlara görə, Agentliyin məsuliyyət daşıdığını yəqin ki, hamımız bilirik... Bir anlıq təsəvvür edin, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları keçir. Nəticədə Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edir və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə manat pulla kifayətlənməyən Agentlik karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizminin nə olduğunu naziliydə məsul vəzifəlilər yaxşı bilir.
Xülasə, Agentlik Prezidendən gizli “EKOLOJİ TERROR”a bilərəkdən rəvac verib, ciblərini doldurmaqla məşğul olub, nazirliydə kreslo zəbt edərək yarıtmaz vəzifə sahiblərinə çevrilməkdədirlər.
Araşdırma davam edəcək, bizi izləyin!
Günay Cəfərli
Paytaxt.org