AZ

Bərdə rayonunda Aprel döyüşləri şəhidinin anım mərasimi keçirildi - Vətən Naminə

">

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Azərbay­can Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynov, Bərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya İsmayılzadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə mərasim iştirakçıları Bərdə Şəhidlər Xiyabanını ziyarət edərək şəhid Ziya Həsənovun məzarı önünə gül dəstələri qoydular, ruhuna dualar oxundu. Daha sonra şəhidin ailəsi tərəfindən Şəhidlər Xiyabanında mərhumun adına çay ehsanı süfrəsi təşkil olundu.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimiz kimi, Ziya Həsənovun da xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onun şücaəti, vətənpərvərliyi gənc nəsillər üçün bir örnəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhu şad, məkanı cənnət olsun.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
275
17
vetennamine.az

10Mənbələr